Gün gözlüklərinin zərəri…

eyyub_huseynovÖlkənin əmtəə bazarı qorunmaz bir vəziyyətə gəlib

Havaların istiləşməsiylə gün gözlüklərinin mövsümü gəlir.  Indi istənilən market və mağazalarda gün gözlüklərinin satıldığını müşahidə edirik. Artıq uşaqlar üçün də gözoxşayan, çəkici gözlüklər satışdadır. Onların rəngi və uşaqların da daim fərqli görünmək istəyi qarşısında bu cür gözlüklərin bazarı satıcılar üçün elə də kasad deyil.

Lakin bu gözlüklərin zahiri nə qədər cəlbedici olsa da, onların hansı materialdan hazırlanması, insanlara, ələlxüsus da uşaqlara ziyanı barədə hərtərəfli bilgi verilmir.

Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyir ki, biznes qurumları onlar üçün yaradılan şəraitdən hərtərəfli istifadə edərək bazara istədikləri məhsulu çıxarırlar. Eyyub bəy bazarın istehlakçılar üçün qorunmaz bir vəziyyətə gəldiyini deyir: “Bizim dövlət qurumlarına istehlakçıların hüquqlarının qorunmasıyla bağlı müraciətlərimiz nəticəsiz qalıb. Istehlakçı hüquqlarını qoruyan dövlət qurumları tam laqeydlik göstərir. Bazarın qorunmadığı belə bir vəziyyətdə təhlükəli gün gözlükləri bazara daxil olur və insanlar ondan istifadə etməklə özlərini kor edirlər. Ölkədə təhlükəli gözlüklər var. Nazirlər Kabinetinin 94 saylı qərarına görə sertifikatı olmayan malların ölkənin əmtəə bazarında satışı qadağandır. Azad Istehlakçılar Birliyində 800-ə qədər mal və xidmətin adı var ki, onların heç bir sertifikatı yoxdur. Istehlakçılar gözlüklərin sertifikatını soruşmaqla özlərini müdafiə edə bilərlər. Bu mənada uşaqların təhlükəli, standartlardan kənar gözlüklərdən istifadəsi və ondan əzab çəkmələri daha təhlükəlidir”.

Nigar