Rusiyada onlarla azərbaycanlı saxta pasportla tutuldu

pasport rusNorilskdə məhkəmə “Alıkel” hava limanında saxta sənədlərlə saxlanılan Azərbaycan vətəndaşları barəsində hökm çıxarıb. Rusiya KİV-ləri xəbər verir ki, ümumilikdə 24 nəfər saxlanılıb. Onlar beş ay ərzində Norilskə tək və ya kiçik qruplar şəklində gəliblər.

Saxta sənəddən istifadəyə görə məhkəmə onlara külli miqdarda – 19 min rubldan 33 min rubla qədər pul cəzası kəsib.