Rusiyanın kənd təsərrüfatı məhsullarına nəzarət üzrə dövlət orqanı Türkiyədən badımcan idxalını qadağan edib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayb.
Qurum bu qərarını bəzi badımcanlarda karantin tələb olunan mikroorqanizmlərə rast gəlinməsi ilə izah edib.
Qeyd edək ki, Türkiyənin Rusiyaya məxsus təyyarəni vurmasından sonra Türkiyənin bir çox kənd təsərrüfatı məhsulunun Rusiyaya idxalı qadağan edilmişdi.



