Erməni siyasətçi ruslara “rədd olun” dedi

paruyr ayrikyanErmənistan müxalifətçisi, Milli Müqəddərat Birliyinin rəhbəri Paruyra Ayrikyan yerli mətbuata müsahibəsində Rusiyanın əleyhinə kəskin fikirlər səsləndirib. Onun sözlərinə görə, vaxtilə Ermənistanda Rusiyanın təsiri altında olanlar artıq situasiyaya sağlam qiymət verə bilir. Yalnız cəsuslar Rusiyanın Ermənistanı Türkiyədən qoruduğunu iddia edir.

Ermənistanda hakimiyyətin xalq tərəfindən seçilmədiyini və cəsus olduğunu deyən Ayrikyanın sözlərinə görə, yalnız cəsuslar Rusiya ilə dostluğu davam etdirə bilər.

O qeyd edib ki, Ermənistana düşmən olan Rusiya ilə yumşaq danışmaq olmaz. “Ruslarlar, siz əclafsınız, rus imperializmi – insanlığın bəlasıdır. Ruslar Ermənistandan rədd olmalıdı”, – deyə o bildirib.

azadlıq.info