Gürcü politoloq və iqtisadçı, “İqtisadi inkişaf mərkəzi”nin rəhbəri Roman Qotsiridze Ermənistan və Tacikistanın Rusiyanın quberniyasına çevrildiyini bildirib. Rusiya bu iki ölkənin dəmir yolunu, boru kəmərlərini, energetikasını, iqtisadiyyatın aparıcı sahələrini əlindən alıb. Onların Avropaya inteqrasiya perspektivlərini məhv edib, ərazilərində hərbi bazalarını yerləşdirib. Qarabağ münaqişəsi isə Ermənistanı daha çox Rusiyaya bağlayıb. Azərbaycanı özünə yaxınlaşdırmaq üçün Rusiya təsirini itirmədən belə Ermənisanı qurban verə bilər.
Ekspertin sözlərinə görə, AB ilə assosiasiya sazişini imzalamaqdan imtina Ermənistanın sonuncu böyük səhvi idi və bununla da o quberniyaya çevrildi.
azadlıq.info



