2016-cı ilin ilk rübündə Azərbaycanda inflyasiya 11%-ə yaxın olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-mart aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,0 faiz artmışdır.
Xatırladaq ki, 2016-cı ilin yanvar-fevral aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 11,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,8 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,0 faiz bahalaşmışdır.
Yüksək inflyasiyanın səbəbi devalvasiyadır.



