BVF neft proqnozunu yenə dəyişdi

beynl-valyuta-fonduBeynəlxalq Valyuta Fondu (BVF) bu il və 2017-ci il üzrə neftin qiyməti ilə bağlı proqnozlarını aşağı salıb.

BVF-nin yeni hesabatında bu il üzrə neftin orta qiyməti 35 dollar/barel, 2017-ci ildə isə 41 dollar/barel olacağı bildirilir.

Xatırladaq ki, Fond bundan əvvəlki hesabatında 2017-ci il üzrə neftin orta qiymətinin 55 dollar/barel olacağını nəzərdə tutmuşdu. (fins.az)