Avropa Komissiyası hesab edir ki, Ukrayna ilə assosiasiya sazişi ilə bağlı Niderlandda keçirilən referendumun nəticələri viza rejiminin ləğvi barədə Brüssellə Kiyev arasındakı dialoqa mane olmur.
Bunu aprelin 7-də Avropa Komissiyasının prezidenti Donald Tusk bəyan edib.
O bildirib ki, Ukrayna ilə Avropa Birliyi arasındakı asosasiya sazişi davam edəcək, çünki 27 üz ölkə artıq bu sənədi ratifikasiya edib.
Qeyd edək ki, aprelin 6-da Niderlandda keçirilən referendumda seçicilərin çoxu Ukrayna ilə asosasiya sazişinə yox deyib.
Amma referendum məsləhət xarakterli olduğundan, hökumət nəticələri nəzərə almaya bilər.



