Almaniyanın Xarici İşlər Nazirliyi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttində gərginliyin azalması, davamlı sülhün təmin olunması və münaqişənin dinc yolla həllini özündə ehtiva edən 7 maddəlik təkliflər planı təqdim edib.
Bu barədə Almaniya XİN-dəki mənbəyə istinadla “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, Almaniya XİN hesab edir ki, bölgədəki hazırkı status-kvo risklidir və uzunmüddətli deyil.
“Almaniyanın xarici işlər naziri ATƏT-in sədri olaraq bu mürəkkəb vəziyyətdə mümkün vasitələrdən istifadə edərək fəaliyyət göstərəcək”, – deyə mənbə vurğulayıb.



