2015-ci ilin yekununa görə, Rusiyada kasıb vətəndaşların sayı 19,2 milyon nəfər olub. Bu, 2014-cü ilin yekunu ilə müqayisədə 3,1 milyon nəfər çoxdur və 2006-cı ildən bəri rekord həddir. Həmin il ölkə əhalisinin 21,6 milyon nəfəri kasıb kimi qeydə alınmışdı. İqtisadi böhran illərində – 2008-2009-cu illərdə isə kasıbların sayı müvafiq olaraq 19 milyon və 18,4 milyon nəfər olub.
2016-cı ilin əvvəlinə, Rusiyada kasınlar ümumi əhalinin 13,4%-ni təşkil edib. 2015-ci ilin əvvəlində isə bu nisbət 11,2% olub.
Bu il kasıb rusların sayının daha da artacağı proqnozlaşdırılır. Təkcə bu ilin fevral ayında Rusiya əhalisinin real gəlirləri 7% azalıb.
(fins.az)