ABŞ-Azərbaycan müdafiə məsləhətləşmələri olub

abs-azerbaycanMartın 23-də Vaşinqtonda Azərbaycan Müdafiə Nazirliyi və ABŞ-ın Müdafiə Departamenti arasında ikitərəfli müdafiə məsləhətləşmələri həyata keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatına görə, məsləhətləşmələr zamanı Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq kontekstində ikitərəfli hərbi əməkdaşlıq, NATO çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək planlar müzakirə edilib.

Azərbaycan tərəfindən Müdafiə və Xarici İşlər nazirliklərinin təmsilçilərindən ibarət nümayəndə

heyətinə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn

Mahmudov, ABŞ tərəfindən isə Müdafiə və Dövlət departamentləri, Birləşmiş Qərargah, Avropa

Komandanlığı, Oklahoma Milli Qvardiyasının təmsilçilərindən ibarət nümayəndə heyətinə ABŞ

Müdafiə katibinin köməkçisinin müavini Dr. Maykl Karpenter rəhbərlik edib.

Tədbirdə həmçinin ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov iştirak edib.

 

(amerikanınsəsi)