22 yaşlı ana və 8 aylıq qızı dəm qazından zəhərləniblər

dem qaziBakı şəhərində dəm qazından ölüm hadisəsi baş verib.

Hadisə martın 18-də paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, 22 yaşlı Aysel Əsədova rayonun R.Allahverdiyev küçəsində yerləşən evində 8 alıq qızı Jasmin Əsədova ilə birgə dəm qazından zəhərlənib. Daha sonra qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, onun vəziyyəti ağır olaraq qalır. Lakin A.Əsədovanın 8 aylıq qızı dəm qazından zənərlənərək vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

 

(report)