Suriyada İranın yüksək rütbəli hərbçisi öldürüldü

iran-hucumİran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) komandirlərindən podpolkovnik Möhsün Mandeni Suriyada öldürülüb.

İranın ABNA agentliyi hərbçinin suriyalı müxaliflərlə qarşıdurmada öldürüldüyünü bildirib.

M.Mandeni martın 24-də Fars əyalətinə bağlı Sepi rayonunda dəfn olunacaq.

Qeyd edək ki, Suriyada son bir ayda general-mayor Həsən Əli Şəmsabadi və polkovnik Həmzə Kazıminin də aralarında olduğu “Sepah”a məxsus 15 hərbçi öldürülüb.

 

(virtualaz)