Vətəndaşın Ermənistan tərəfə keçməsi rəzalətdirsə…

??????????????????????????????????????????????????????????
??????????????????????????????????????????????????????????

Vətəndaşı bu həddə çatdırmağın adı nədir?

Bugünlərdə xəbər yayıldı ki, Qəbələdən olan 25 sakin Ağdama gələrək, Ermənistanın işğalı altındakı bölgəyə keçmək istəyib. Məlum oldu ki, bu adamlar Qəbələdə meydan sulayan Nəbiyevlər ailəsinin zülmündən təngə gəliblər və etiraz əlaməti olaraq Ermənistan tərəfə keçmək istəyiblər.  Ümumiyyətlə, belə hal ilk dəfə baş vermir və bundan əvvəl də Ermənistan tərəfə keçməyə cəhd edənlər olmuşdu.

Məmur özbaşınalığında bezənlər, aidiyyəti orqanlara yüzlərlə məktub yazıb cavab almayanlar, haqsızlıqla üzləşənlər etiraz əlaməti olaraq ölkə vətəndaşlığından imitna edəcəklərini bildirirlər, intihara cəhd edirlər, ya da düşmən ölkəyə keçəcəklərini bəyan edirlər. Təbii ki, “düşmən ölkəyə keçəcəyik” bəyanatı daha çox hökuməti utandırmaq, hökumətdə məsuliyyət yaratmaq, şikayətlərə reaksiya vermək üçün atılan addımdı.

Istənilən halda Ermənistan tərəfə keçən heç kimə haqq qazandırmırıq və bunu bağışlanmaz hesab edirik. Amma reallıq budur ki, vətəndaş bezib, insanlar çarəsiz qalıb, heç bir qurum öz vəzifəsini yerinə yetirmir, cəzasızlıq hökm sürür və s. Ona görə də Ermənistan tərəfə keçənləri təhqir etmək əvəzinə, vətəndaşı ölkədən qaçırdan səbəbləri aradan qaldırmaq lazımdır.

Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputat Elman Məmmədovÿda bu məsələyə münasibət bildirib. O deyib ki,  əgər vətəndaş ölkəsində hər hansı sıxıntı, çətinlik, haqsızlığa görə düşmən tərəfə keçmək istəyirsə, o cür adamları Azərbaycanda saxlamağa ehtiyac yoxdur. “Normal fikirləşən adam, vətəndaş buna nifrət etməli və qarşı çıxmalıdır. O qədər alçalmalısan ki, düşməndən imdad diləyəsən”- deyə deputat bildirib.

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Bayram Səfərovÿ isə baş verənlərə belə münasibət bildirib: “Cəhənnəmə getsin, gora da dalınca. Ağ bayraq da götürüb gedir, cəhənnəmə getsin. Elə adamlarla danışmaq və onları görmək istəmirəm”. Yeri gəlmişkən, bu adam icma adından danışmaq səlahiyyətindədir…

Yuxarıda da qeyd etdiyimiz kimi biz bu kimi halları pisləyirik. Amma Ermənistan tərəfə keçmək alçaqlıqdırsa,  vətəndaşı Ermənistan tərəfə keçməyə məcbur etmək də alçaqlıqdır. Niyə deputat vətəndaşı bezdirən adamlara da etiraz bildirmir? Vətəndaşın Ermənistan tərəfə keçməsi ölkənin imicinə zərbədirsə, hökumətin vətəndaşı intihar həddinə çatdırması, ölkənin milyonlarını ermənipərəstlərə xərcləməsi daha böyük zərbədir. Ölkəni “korrupsiya çempionu” etmək, “qeyri-azad ölkələr” sırasına salmaq daha böyük biabırçılıq deyilmi? Onlarla insanı şərləyib həbsə atmaq,  seçkiləri saxtalaşdırmaq, milyardları ofşorlara daşımaq, müəllimi seçki saxtakarına çevirmək, Qarabağ qazisini intihar həddinə çatdırmaq dövlətin imicinə daha böyük zərbə deyilmi?

Xocalı soyqırımına, 20 Yanvar faciəsinə, Qarabağın işğalına drijorluq etmiş Rusiyanın himayəsinə sığınmaq, daha böyük xəyanət deyilmi? Ermənistan tərəfə keçmək alçaqlıqdırsa, qondarma erməni soyqırımını tanıyan ölkələrdə xeyriyyə layihələri həyata keçirmək daha böyük xəyanətdir.

Digər tərəfdən, məsələ təkcə Ermənistan tərəfə keçənlərlə məhdudlaşmır. Onminlərlə ölkə vətəndaşı Avropa ölkələrinə mühacirət edir, insanlar ölkədən qaçmaq üçün müxtəlif yollar axtarırlar və bütün bunların səbəbi mövcud hakimiyyətin mahiyyətiylə bağlıdır. Hər gün 2-3 adamın intihar xəbəri yayılır və bütün intiharların səbəbi kimi kredit borcları ortaya çıxır.

Ermənistan tərəfə keçən vətəndaşı ölkədən qovmağı təklif edirsinizsə, vətəndaşı ölümə sürükləyənlərə də ağır cəza təlbə edin. Hamının iradəsi, düşüncəsi, dözümü eyni dərəcədə deyil. Ona görə də hökumət vətəndaşa həssas yanaşmalı, onun problemlərinin həllinə çalışmalıdır. Əgər hökumət iki devalvasiyadan, 30-40 faiz qiymət artımından sonra vətəndaşı köməksiz qoyub, əvəzində mənasız layihələrə milyonlar xərcləyirsə, vətəndaş, əlbəttə, ölkədən qaçmaq istəyəcək.

Bu qədər zəngin ölkənin vətəndaşı, niyə xarici ölkələrə üz tutmalıdır? Niyə dolanışıq üçün Rusiyanın çöllərinə səpələnməlidir? Saxta vətənpərvərlikdən, boğazdan yuxarı sözlərdən əl çəkib real iş aparmaq lazımdır.

Bir sözlə, Ermənistan tərəfə keçmək nə qədər böyük rəzalətdirsə, vətəndaşı erməni seçimi etməyə sürükləmək alçaqlıqdır.

Akif