İtaliyada azərbaycanlı diplomatlarla bağlı qalmaqal yaşandı

ab tedbirİtaliyanın paytaxtı Roma şəhərində insan hüquqları ilə bağlı tədbirdə azərbaycanlı diplomatların iştirakı ilə qalmaqal yaşanıb.

Hadisə Amnesity İnternational təşkilatının İtaliya bölməsinin və İtaliya Milli Mətbuat Federasiyasının (FNSİ) insan hüquqları ilə bağlı birgə təşkil etdiyi tədbirdə baş verib.

Belə ki, azərbaycanlı diplomatlar başda Azərbaycanın İtaliyadakı səfirliyinin 1-ci katibi Erkin Heydərli olmaqla, tədbirə etirazlarını bildiriblər.

Hadisənin şahidi olan jurnalist Simone Dzopellaro italiyalı polislərin tədbirə müdaxilə etdiyini deyib.

(modern.az)