Usama bin Ladenin vəsiyyəti açıqlandı

ben-laden“Əl-Kaida” terror təşkilatının keçmiş lideri Usama bin Laden öz vəsiyyətnaməsində qoyduğu mirasın böyük hissəsini “cihad məqsədlərinə” sərf etməsini vəsiyyət edib.

Sənəd 2011-ci ildə ABŞ xüsusi təyinatlılarının Pakistanda “dünyanın bir nömrəli terrorçusu”na qarşı keçirdiyi əməliyyat zamanı tapılıb.

Amerikalılar hesab edirlər ki, vəsiyyətnamə 1990-cı illərin sonunda yazılıb.

Vəsiyyətnamədən əlavə ABŞ kəşfiyyatının əlinə daha 112 sənəd keçib. Onların əksəriyyəti hələ də məxfi saxlanılır.

Qeyd edək ki, Bin Ladenin mirası 29 milyon dollar məbləğində dəyərləndirilir. (BBC)