BMT baş katibinin keçmiş müavini, Böhran Qrupunun prezidenti Jan-Mari Genno The Guardian nəşrində Türkiyə ilə bağlı məqalə dərc edib. Onun sözlərinə görə, hazırda AB və ABŞ-la dostluğu zəifləyən ölkə tarixi düşmən olan Rusiya ilə çox pis münasibətdədir. Artıq 14-cü rus-türk müharibəsi barədə danışılır. Problemlərinə baxmayar bir çoxları üçün sabitlik adası kimi qalan Türkiyəyə diqqət yetirməyin vaxtıdır.
“İndi Suriyada təhlükəli məqam yaranıb. Kürd yaraqlıları, Rusiya və İran Türkiyəyə meydan oxumaq istəyir. ABŞ və Avropa liderləri əsas təhlükə hesab olunan İŞİD adlı siyasətə baş qatıb”, – deyə o qeyd edir.
Gennonun sözlərinə görə, Əsədin mənasız bombardımanları daha çox adamın həyatına son qoyub. Bu məsələdə Türkiyə və Qərb mübahisələri kənara qoymalıdır. Qərb hökumətləri Türkiyədən ədalət məhkəməsinin həyata keçirilməsində beynəlxalq standartlara riayət etməyi tələb etməlidir. Ancaq onlar etiraf etməlidir ki, PKK barışığın pozulmasında böyük rol oynayıb. Qərbin Suriyada onlara verdiyi dəstək Türkiyədə yeni problemlərə gətirib çıxarır.
Gennonun fikrincə, Qərb düzgün strateji perspektivə qayıtmalıdır. PKK-ya xəbərdarlıq edilməlidir ki, Türkiyədə stabilliyin pozulması yolverilməzdir, Türkiyəyə Rusiya ilə aralarındakı gərginliyi azaltmaq üçün yardım edilməlidir, bütün istiqamətlərdə AB Türkiyə ilə münasibətləri möhkəmləndirməlidir.
azadlıq.info