Şair Arif Alışanovu tənqid etdi, qızı İTV-dən çıxarıldı

memmed ismayilGörkəmli şair Məmməd İsmayılın qızı İntizar İsmayıl İTV-dəki vəzifəsindən azad olunub. Bu barədə İntizar İsmayılın özü məlumat verib.

İntizar İsmayıl deyib ki, işdən çıxarılmasına səbəb atasının AzTV-nin rəhbəri Arif Alışanov haqqında verdiyi açıqlama olub. Məhz bu açıqlamadan sonra onunla bağlanan müqaviləyə xitam verilib.

İntizar İsmayıl İTV-də böyük redaktor vəzifəsində çalışırmış.

Xatırladaq ki, görkəmli şair, 1992-1993-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin sədri vəzifəsində çalışmış Məmməd İsmayıl AzTV sədri Arif Alışanovu nəzərdə tutaraq bildirmişdi ki, mühasibdən televiziya rəhbəri olmaz.

(Moderator.az)