Sabirabadda 55 yaşlı kişi kanalda boğulub öldü

intihar-denizSabirabad rayon sakini su kanalında boğulub.

Hadisə rayonun Çöl Beşdəli kəndində baş verib.

Kənd sakini, 1961-ci il Nuriyev Rasət Siyasət oğlu kənddən keçən su kanalına düşərək boğulub.

Onun meyiti kanaldan çıxarılıb.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

 

(apa)