sabirabad-yeni

Sabirabada qaz verilmir

sabirabad-yeniSakinlərin qaz xətti kütləvi şəkildə kəsilir

Redaksiyamıza zəng vuran rayon sakini bildirir ki, Sabirabada verilən qazı kəsiblər. Buna abonentlərin borcunu ödəməməsi səbəb göstərilir.

Rayon sakininin sözlərinə görə, 10-20 manat borcu olan abonentlərə qaz verilişi dayandırılır, sayğaclara kütləvi şəkildə plomb vurulur. “Qış vaxtı sakinləri soyuqla imtahana çəkməyi heç düşmən də ağlına gətirməz. Erməni kilsəsinə qaz verməyi fəxrlə dünyaya car çəkən bir qurum öz qazımızı öz vətəndaşlarımıza vermək istəmir. Niyə bunlar millətə bu qədər qənim kəsiliblər, başa düşmürük. Kimsə demir ki, pulu vermirəm. Bunun sadə səbəbi var; camaatda pul yoxdur. Rayon sakinləri ailəsinə bir tikə çörək tapmaqda çətinlik çəkir, özləri yağ-bal içindədir, elə bilirlər camaat da elə yaşayır”- deyə rayon sakini vurğulayıb.