Kreml Kadırovun gedişinə nə deyir?

putin-kadirovPeskov: «Putinin qərarını əsas götürürük»

Kreml Çeçenistan prezidenti Ramzan Kadırovun prezidentlikdən getmək istəməsi ilə bağlı bəyanatına münasibət bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kadırovun gələcək taleyi ilə bağlı indidən müzakirə aparmağın doğru olmadığınıÿbəyan edib. Və çeçen liderin səlahiyyət müddətinin başa çatmasını gözləməyi tövsiyə edib:ÿ “Hələ ki gözləmək lazımdır. Kadırovun öz istəyiləÿgedib-getməyəcəyi bizə aid məsələ deyil. Biz prezident Putinin qiymətləndirməsini və qərarlarını əsas götürürük”.

Kadırovsuz Çeçenistanın Rusiyaya nə vəd etdiyi barədə sualı isə Peskov belə cavablandırıb:ÿ “Çeçenistanda vəziyyət Rusiyanın digər bölgələrindən fərqlidir ki? Orada da hər şey digər regionlarda olduğu kimidir. Çeçenistanın Rusiya Federasiyasının bir parçası olduğunu unutmayaq. Orada da Rusiyanın qanunları işləyir”.ÿÿ

Xatırladaq ki, fevralın 27-də NTV kanalına müsahibəsində Ramzan Kadırov bildirib ki, prezident vəzifəsində vaxtı başa çatıb və Rusiya hökuməti onun yerinə yeni adam tapmalıdır: “Açığını desək, bugünədək məndə hər şey alınırdı. Bundan sonra isə adımı xalqıma qarşı iştifadə etməsinlər deyə, dövlət rəhbərliyi mənim yerimə başqasını tapmalıdır. Mənim vaxtım keçdi. Hər insanda bir hədd var. Mənim həddim bura qədərdir”.

Kadırovun sözlərinə görə, Çeçenistanda onu əvəz edəcək namizəd tapmaq çətin olmayacaq. Çeçen lider onu da bildirib ki, prezidentlikdən gedəndən sonra ailəsi və şəxsi həyatı, həmçinin Islamın öyrənilməsi ilə məşğul olacaq.