İranın yeni ali dini liderini bu şəxslər seçəcək

iran-bayraq1Ekspertlər Şurasının tərkibi məlum oldu

Iranın ali liderini təyin edən Ekspertlər Şurasına seçkilərdə mötədillər və islahatçılar daha çox uğur əldə ediblər. Bu dövlət orqanına seçkilər 8 ildən bir keçirilir. BBC-nin məlumatına görə, prezident Həsən Ruhani və onun müttəfiqləri Tehrana ayrılmış 16 yerdən 15-ni qazanıblar. Ölkənin digər bölgələrində səslər hələ də sayılmaqdadır. Tanınmış mühafizəkar Əhməd Cənnəti yenidən məclisə seçilib.

Ekspertlər Şurasının 5-ci tərkibinə seçkilərin nəticələri ilə bağlı Iran Daxili Işlər Nazirliyi də məlumat yayıb. Məlumatda deyilir: “Şuraya seçkilərin beşinci dövründə sədr Əkbər Haşimi Rəfsəncani, Tehranın müvəqqəti imamcüməsi Məhəmməd Imami Kaşani və Iran prezidenti Həsən Ruhani maksimum səs toplayıblar. Mohsen Qomi, Mohəmməd Əli Movəhhedi, Qorbanəli Dorri Nəcəfabadi, Seyyed Əbulfəzl Mir Mohəmmədi, Mohəmməd Mohəmmədi Nik, Ibrahim Hac Əmini Nəcəfabadi, Seyyed Məhmud Ələvi, Nəsrollah Şahabadi, Mohəmməd Əli Təsxiri, Mohsen Esmaili, Mohəmməd Həsən Zali, Seyyed Haşemi Bəthayi və Əhməd Cənnəti də Tehran seçki dairəsindən Şuraya seçiliblər”.

Iranın ali dini lideri Ayətullah Xamneyinin 76 yaşı var. Eyni zamanda Iran parlamentinə keçirilən seçkilərdə  Ruhaninin müttəfqiləri paytaxta ayrılmış 30 yerdən hamısını əldə ediblər. Prezidentin tərəfdarları mühafizəkarların Ekspertlər Şurasına yenidən seçiləməsinin qarşını almaq istəyirlər.

Şuranın indiki sədri Ayətullah Məhəmməd Yəzdi və keçmiş mühafizəkar prezident Mahmud Əhmədinecadın müəllimi hesab edilən digər tanınmış şəxs Ayətullah Məhəmməd Tağı Mesbah Yəzdi seçkidə məğlub olublar.

Lakin Ə.Cənnəti paytaxtda 16-cı yeri qazanmaqla şurada yerini saxlaya bilib. O, Iran Nəzarət Şurasının sədridir.

Seçilməyən qurum olan şura namizədlərə veto qoyur.

Seçkilərdən öncə Nəzarət Şurası demək olar ki, bütün tanınmış islahatçı namizədləri və bir çox mötədillərin namizədliyini ləğv edib.

Iranda sərt xətt tərəfdarları islahatçıları Qərblə əməkdaşlıq edərək mühafizəkarların Ekspertlər Şurasına seçilməsinin qarşısını almaqda ittiham edirlər.

Iranda ötən il əldə edilmiş nüvə razılaşması və beynəlxalq sanksiyaların qaldırılmasından sonra ilk dəfədir ki, seçkilər keçirilir. Paytaxt Tehrandan seçilən millət vəkilləri adətən şuranın siyasətini müəyyən edirlər.

Həsən Ruhani bildirib ki, seçkilər onun Iranın beynəlxalq təcridinin qarşısını almaq cəhdlərinə olan dəstəkdir. Nüvə razılaşmasına baxmayaraq o, daxildə islahatlar üçün müqavimətlə üzləşib.

Ayətullah Xamneyi bildirib ki, seçkilərdə 60 faiz seçicinin iştirakı dini demokratiyanın dünyaya ən gözəl nümayişidir. Iranın mühafizəkar Tasnim xəbər agentliyi bildirib. Lakin o, xarici müdaxiləyə qarşı sayıq olmağa da çağırıb.