Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 78 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumatına görə, yanğının kəşfiyyatı zamanı Musayeva Nazlı Həsən qızının yanmış meyiti aşkar olunub.
Evin qalan hissəsi yanğndan mühafizə edilib.
Yanğın saat 03:40-da söndürülüb.