Sement və klinker idxalı 76% azalıb

sement2015-ci il ərzində Azərbaycana sement və klinker idxalı 479,7 min ton təşkil edib ki, bu da 2014-cü ilin göstəricisindən 75,9% azdır. Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Statistik məlumatlara əsasən, ölkəyə ümumilikdə 29 mln. 479,6 min dollar dəyərində (2014 ilə müqayisədə azalma  72,3%) sement və klinker idxal olunub.

Bundan başqa, 2015-ci ildə Azərbaycana  68 mln. 824,4 min dollar dəyərində 152,1 min ton mineral gübrə (azalma 0,9%),  42 mln. 18,4 min dollar dəyərində 46 min 787,2 ton polietilen (artım 47,1%) idxal olunub.

Hesabat dövründə ölkəyə  133 mln. 231,4 min dollar dəyərində 279,9 min ton metalyayma məhsulu (artım 21,3%),  160 mln. 222,9 min dollar dəyərində 264,8 min ton qara metaldan hazırlanan çubuqlar (artım 50,2%),  27 mln. 448,8 min dollar dəyərində 46 min 678,6 ton qara metaldan hazırlanan günyə və şveller (artım 57,1%),  750 mln. 538,1 min dollar dəyərində 506,8 min ton qara metaldan hazırlanan boru (artım 3,8 dəfə) idxal edilib.

(İnterfaks-Azərbaycan)