Moskvada dəhşətli hadisə: dayə körpə uşağın başını kəsdi FOTO VİDEO

moskva ambulans

Moskvada dayəsi tərəfindən başı kəsilən 4 yaşlı Nastyanın valideynləri polisə izahat verib.

Gülçöhrə Bobokulova bir il əvvəl onlarda işləməyə başlayıb. Qadın onlarda yaxşı mütəxəssis təəssüratı yaradıbmış. Valideynlərin sözlərinə əsasən, dayə uşaqlarına qarşı daim məsuliyyətlə davranırmış. Son günlər Gölçöhrə Bobokulova tez-tez əri ilə münasibətlərinin pis olmasından gileylənərmiş. Dayə istintaqa ifadəsində ərinin ona xəyanət etdiyinə görə belə bir cinayətə əl atdığını deyib.

 

***

Moskvada dəhşətli hadisə baş verib. Rusiya mətbuatının yazdığına görə, naməlum qadın əlində kəsilmiş uşaq başı ilə küçəyə çıxıb.
Qadının qara paltarda olması onun terrorçu olması ehtimalını yaradıb. Lakin sonradan məsələ aydınlaşıb.

Bir qədər əvvəl mənzillərin birində başsız uşaq bədəni tapılıb. Hüquq mühafizə orqanları hadisəni uşağın dayəsinin törətdiyini bildirib. Qadın uşağın başını kəsəndən sonra mənzili də yandırıb.

Dörd yaşlı qızın ölümündə şübhəli bilinən dayə saxlanılıb və psixi durumunu müəyyən etmək üçün ekspertiza təyin edilib. 38 yaşlı qadının Özbəkistan vətəndaşı Gülçöhrə Bobokulova olduğu müəyyən edilib.

https://www.youtube.com/watch?v=JyxTrLJ_-zw

azadlıq.info