Bu ay Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında təxminən 370 milyon dollar azalma olacaq və ehtiyatlar 4 milyard dollara yaxınlaşacaq. Bu barədə “Facebook” sosial şəbəkəsindəki profilində iqtisadçı-ekspert Samir Əliyev bildirib. Mütəxəssis AMB-nin son günlər hərraca tələbatdən az dollar çıxarmasını da şərh edib. Samir Əliyev bildirib ki, AMB valyuta ehtiyatlarının psixoloji həddən – 4 milyard dollardan aşağı düşməsini istəmir. Qurumun valyuta satışını azaltması fonunda isə bankların dollar tələbində artım müşahidə edilir.

“Mərkəzi Bankın ehtiyatları 4 milyard dollara yaxınlaşacaq”
•