İran: Gündəlik neft ixracımız 1,75 milyon barelə yüksəlib

iran bayraqiİran Neft Naziri Bijen Namdar Zəngənə, sanksiyaların ləğvindən sonra ölkəsinin ixrac etdiyi neft miqdarının gündəlik 1 milyon 750 min barelə qalxdığını bildirib.

IRNA-nın xəbərinə görə, İranın neft naziri Bijen Namdar Zəngənə, sanksiyaların ləğvindən sonra ixrac edilən neft həcminin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb.

Zəngənə, ötən ilin eyni dövrünə nisbətən ixrac edilən neftin həcminin əhəmiyyətli dərəcədə artdığını və gündəlik 1 milyon 750 min barelə qalxdığını ifadə edib.

Nüvə proqramı səbəbilə Avropa Birliyi tərəfindən 1 İyul 2012-ci ildən etibarən İran neftinə tətbiq edilən sanksiyalar, iqtisadiyyatı böyük ölçüdə neftə əsaslanan İrana ciddi zərbə vurmuşdu. Sanksiyalar ərəfəsində gündəlik 2 milyon barel neft ixrac edən İranın, beynəlxalq bazara çıxartdığı neftin miqdarı yarı-yarıya düşmüşdü.

İranla P5+1 ölkələri arasında imzalanan nüvə müqaviləsi nəticəsində sanksiyaların qalxması ilə, İran, yenidən gündəlik 2 milyon barrel neft ixrac etmək istəyir.

Neft ixrac edən bəzi ölkələr İranın hasilatı artırmasının, 2014-ci ilin İyun ayından bu yana təxminən 70 faiz düşən və hazırda qiyməti 35 dollar ətrafında olan  Brent neftinin qiymətinin daha da aşağı salacağından qorxurlar.

 

(marja)