Göygöldə yaşlı kişi qətlə yetirilib. APA-nın verdiyi məlumata görə, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb. Kənd sakini, 1923-cü il təvəllüdlü Kamil Məmmədov yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib. Onun evdə tək yaşadığı bildirilir.
Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda hadisə yerində araşdırma aparırlar.