Azərbaycan Mərkəzi Bankı xarici valyuta satışının fevral sessiyasını başa çatdırıb. Turanın hesablamasına görə, banklar 404,2 mln dollar alıb.
Fevralın ikinci yarısında bankların xarici valyutaya tələbatı fevralın 1-dən 15-ə qədər olan tələbatdan çox olub: Fevralın 1-dən 15-ə qədər hərraclarda 153,6 mln, 17-dən 29-a qədər 250 mln dollar satılıb.
Açıqlanan məlumata görə, yanvarda 4 hərracda 318 mln dollar satılıb.
Mərkəzi Bankın məlumatına görə, bir ay müddətində bu göstərici 618,2 mln dollar azalmaqla fevralın 1-ə onun valyuta ehtiyatları 4 398,5 mln dollar olub.