Federika Mogerininin Azərbaycana səfəri başlayıb

federika mogeriniAvropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin Azərbaycana səfəri başlayıb.

Səfər çərçivəsində F.Mogerininin Azərbaycanın rəsmi şəxsləri, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri olacaq.

Aİ xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin, həmçinin, Azərbaycanda səfərdə olan Avropa Komissiyasının enerji məslələri üzrə vitse-prezidenti Maroş Şevçoviçlə birgə “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının II iclasında iştirak edəcəyi gözlənilir.