Türkiyə ilə Rusiya arasındakı qarşıdurma yüksələn xətt üzrə davam edir. Qarşıdurma artıq Türkiyə parlamentinə – Böyük Millət Məclisinə (TBMM) də sirayət edib.
TBMM parlamentlərarası dostluq qrupları yaratdığı ölkələr sırasına Rusiyanı daxil etməyib. TBMM-də 129 ölkə ilə dostluq qrupu yaradılıb, lakin onların sırasında Rusiya yoxdur.
Rusiyadan başqa Ermənistan, Suriya, İsrail və Misirlə də dostluq qrupları yaradılmayıb.
Dostluq qruplarının yaradıldığı ölkələr sırasında isə Fələstinin də adı var.