Nə oldu, bəs sanksiya vecinizə deyildi? Söhbətin mövzusu bank hesablarınız olunca, narahat oldunuz?
İndi də xalqın boğazından kəsib, yedizdirəcəklər ABŞ-ın lobbi şirkətlərinə ki, bunlara qarşı sanksiyalar haqda qanun Konqresdən keçməsin. Artıq lobbi şirkətlərilə müqavilə də bağlayıblar.
Yaxşı, narahatlığınızı başa düşdük. Əsaslıdır, hər necə olsa, söhbət milyardların taleyindən gedir. Bəs öz şəxsi problemlərinizi niyə yenə də xalqın hesabına həll etmək istəyirsiniz? Pul xərcləmədən də sanksiyalardan yayına bilərsiniz axı. Həbsxanalara doldurduğunuz ləyaqətli insanları azad edin, heç bir xərcsiz sanksiyalardan da xilas olun. İnsafınız olsun, çarəsizlikdən hətta kütləvi şəkildə intihar edən bu insanlar sizin xalq deyil? Üstəlik, siz öz əleyhdarlarınıza rahat divan tutasınız deyə, bu xalq indi də lobbiçilərə milyonlarla dollar pul ödəsin?

Çarəsizlikdən kütləvi intihar edən bu insanlar sizin xalq deyil?
•