Türkiyənin Kayseri şəhəri yaxınlığında həndbol komandasını daşıyan avtobus aşıb. Kahramanmaraş-Kayseri magistral yolda baş verən qəza nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb.
İlkin məlumata görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Hadisə yerinə xilasedicilər, polis əməkdaşları və təcili yardım briqadaları cəlb olunub. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.
(apa)