Tovuzda ər və arvad diri-diri yandı

yanan-ev

Tovuzda faciəli hadisə baş verib

Tovuzda ərlə arvadın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub. 64 yaşlı Novruz Hüseynov bıçaqla həyat yoldaşı 57 yaşlı Sevda Hüseynovanı qətlə yetirdikdən sonra onu həyətdə olan yardımçı tikiliyə aparıb. Tikilidəki qaz sobası vasitəsi ilə otağa od vuraraq, özünü və həyat yoldaşının meyitini yandırıb.

Novruz Hüseynovun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

***

Tovuz rayonunun Qovlar qəsəbəsində bədbəxt hadisə baş verib. Qəsəbənin İntizam Əliyev küçəsində yanğın barədə yerli yanğından mühafizə hissəsinə məlumat daxil olub. Əraziyə cəlb olunan yanğınsöndürən avtomobil evin həyətində olan köməkçi tikilidə yaranan yanğını söndürüb.

Araşdırma zamanı ev sahibi, 1962-ci il təvəllüdlü Novruz Hüseynov və onun həyat yoldaşı 1969-cu il təvəllüdlü Sevda Hüseynovanın yanmış meyitləri aşkarlanıb.

Faktla bağlı Tovuz rayon Prokuroluğunda araşdırma aparılır (APA).