“Azərenerji” QSC Türkiyədən alınan elektrik enerjisi borcuna görə bu ölkəyə 80 milyon dollarlıq borcun birinci tranşını ödəyib, ancaq ortaya “əmma” çıxıb. Məlum olub ki, tərəflər borc protokolunu hələ ötən ilin yanvarında imzalasalar da, protokolu Türkiyə parlamentində ratifikasiya etmək yaddan çıxıb. Nəticədə, “Azərenerji”nin köçürdüyü 40 milyon dollardan istifadə etmək mümkün olmur.
Bu kazus parlamentin xarici əlaqələr komitəsindəki diskussiyalar zamanı meydana çıxıb. Müxalif CHP-dən olan deputat, partiya lideri Kamal Kılıcdaroğlunun enerji məsələləri üzrə məsləhətçisi Ahmet Akın Azərbaycanla elektrik enerjisi borcunun nizamlanmasına dair protokolun məsələsini qaldırıb. Məlum olub ki, hökumət hələ bu protokolun ratifikasiya olunmadığından xəbərsizdir.
(virtual)