“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini “BBB-” səviyyəsindən “BB+” səviyyəsinə endirib.
Bu barədə agentliyin açıqladığı hesabatda bildirilir.
Reytinqin dəyişilməsi ilə bağlı proqnoz “mənfi”dir. Hesabatda bildirilir ki, buna səbəb neftin ucuzlaşmasıdır.
Xatırladaq ki, yanvarın sonunda “Standard & Poor`s” (“S&P”) beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini “BBB-” səviyyəsindən “BB+” səviyyəsinə endirib.
Moody’s Investors Service isə Azərbaycanın “Baa3” səviyyəli dövlət istiqrazları və emitent reytinqlərini “Ba1” səviyyəsinə endirib.
(marja)