Türkiyənin baş naziri Əhməd Davudoğlu özünün tvitter hesabında Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar açıqlama yayıb.
“Azeri kardeşlerimizle beraber bütün Türk halkının ve insanlığın yüreğini yakan Hocalı Katliamı’nın üzerinden 24 yıl geçti. Tarihe kara bir leke olarak geçen Hocalı Katliamı’nda hayatını kaybeden Azeri kardeşlerimize rahmet diliyorum. 1 millet 2 devlet can Azerbaycan’ın kaderi kaderimiz, sevinci sevincimizdir.”, – deyə qardaş ölkənin baş naziri yazıb.
Əhməd Davudoğlunun bu açıqlamasını AXCP lideri Əli Kərimli minnətdarlıqla Azərbaycan oxucuları üçün tirajlayıb. AXCP lideri açıqlamanı feysbuk səhifəsində paylaşıb və sonda “Təşəkkürlər, Türkiyə!” deyə minnətdarlığını ifadə edib.