Bu gün Bakı Apellyasiya Məhkəməsində Saday Şəkərlinin apellyasiya şikayətinə baxılıb.
Lent.az-ın məlumatına görə, Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən şikayət təmin edilməyib.
Qeyd edək ki, S. Şəkərlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə Binəqədi rayon Məhkəməsinə müraciət edilib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.