Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev xalq artisti İlhamə Quliyeva ilə vida mərasimində şəhidlərə həqarət sayıla biləcək sözlər işlədib.
Axar.az-ın yaydığı məlumata görə, nazir bildirib ki, İlhamə Quliyevanı da şəhid saymaq olar:
“Bu gün Xocalı faciəsi günüdür. Ümidvaram ki, xalqımız öz torpaqlarını qaytarmağa nail olacaq. Bizim xalqımız ağır itkilər verib. Şəhidlərə Allahdan rəhmət diləyirəm. O şəhidlərimizin sırasına böyük sənətkarımız İlhamə Quliyevanın da adını yazmaq olar. Çünki İlhamə xanım Azərbaycanın müstəqilliyini, dövlətçiliyini ürəyində yaşadan sənətçi idi. Xəbəri eşidən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və hörmətli Mehriban xanım öz ailələri adından bütün sənətsevərlərə, mərhumun ailə üzvlərinə başsağlığı verdilər”.
Əbülfəz Qarayevin bu fikirləri sosial şəbəkələrdə ciddi etiraza səbəb olub. Demək olar ki, hər kəs nazirin bu fikirlərini şəhidlərə təhqir kimi qiymətləndirib.
Fevralın 25-də vəfat edən xalq artisti İlhamə Quliyeva bu gün II Fəxri xiyabanda torpağa tapşırılıb.
https://www.youtube.com/watch?v=J28GeZKfRzA