Tədqiqatçıların Fransada ən qədim müsəlman qəbirlərini aşkar etdiyi iddia olunur.
Fransanın Nimes şəhərində aşkar edilmiş skeletlərin İslam ənənələrinə uğyun dəfn edildiyi və eramızın səkkizinci əsrinə aid olduğu güman edilir.
Komanda DNT, radiokarbon və arxeoloji analizlərdən istifadə edərək dəfn olunmuş şəxslərin Şimali Afrikadan gəlmiş əsgərlər ola biləcyini göstərməyə çalışıb.
Əsgərlərin Fransanın cənubuna, ölkənin qısa müddət İslam ordusu tərəfindən işğal olunduğu vaxt gəldiyi deyilir.
Təhlillərin təfərrüatları Plos One jurnalında dərc edilib.
Hər bir məzarda cəsədlər üzü Məkkəyə doğru dəfn edilib. Məzarların qazaılma yolu da müsəlman qaydalarına uyğundur.
Skeletlərin analizi göstərir ki, üç kişidən ikisi 20 yaşlarında və ya erkən 30 yaşlarında olublar. Digər şəxsin isə təxminən 50 yaşı olduğu güman edilir.
Alimlər qalıqlar üzərində genetik təhlillər də aparıblar. Təhlilin nəticəsində hər üç kişinin Şimali Afrikadakı berberlərlə oxşarlığı aşkarlanıb.
Bordeaux Universiteti və Fransa İnrap arxeoloji mərkəzindən olan komanda, həmin vaxt müsəlmanların Fransaya necə gəldiyini izah etməyə çalışıblar.
Səkkizinci əsrin əvvəlində Nimes Viziqot Krallığının bir hissəsi olub və indiki İspaniya, Portuqaliya və cənub-şərqi Fransadan ibarət olub.
Lakin 711-ci ildə müsəlman qoşunları Pireney Yarımadasını işğal edir və sürətlə viziqotların nəzarət etdiyi əraziləri ələ keçirirlər. Onlar 719-cu ildə indiki Fransa ərazisinə daxil olurlar.
Əməvilər Xilafətinə məxsus ordunun yerli insanlarla ittifaq quraraq şimaldakı ümumi düşmana – franklara qarşı mübarizə apardığı deyilir.
Həmmüəllif Yves Gleize və həmkarları iddia edirlər ki, hər üç fərd Əməvilər ordusunun tərkibində olublar. (BBC azeri)

Fransada erkən müsəlman qəbirləri tapılıb
•