Bakıda məktəbli məktəblini bıçaqladı

bicaqBakıda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib. Hadisə Binə qəsəbəsində yerləşən 136 saylı orta məktəbdə qeydə alınıb. Həmin məktəbin şagirdi 14 yaşlı İlkin M. məktəb yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı şagird ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən məktəbli saxlanılıb.

Xəstəxanadan APA-ya bildirilib ki, bıçaq xəsarəti alan şagird əməliyyat olunub və hazırda vəziyyəti stabildir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Arzu Tairquliyeva isə APA-ya bildirib ki, bıçaqlanma hadisəsi məktəbdən kənarda baş verib: “Dərsə gələrkən sinif yoldaşları arasında dava düşüb. Nəticədə məktəbli sinif yoldaşını bıçaqlayıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.