Ana və qızı dəm qazından boğuldu

dem qaziQusar rayonunda dəm qazından ölüm faktı qeydə alınıb. Qusar şəhərində 27 yaşlı Sevinc Vəliyeva və onun qızı, 2 yaşlı Aişə Vəliyevanın yaşadıqları evdə meyitləri tapılıb.
İlkin məlumata görə, ana və qızı dəm qazından boğulublar.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.
Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırmalar davam etdirilir. (APA)