19 milyon rusiyalı yoxsulluq həddindən aşağı səviyyədə yaşayır

rus yoxsulGəlirləri yaşayış minimumu həddindən aşağı olan rusiyalıların sayı son bir il ərzində 3 milyon artaraq 19 milyon nəfərə çatıb.
Bunu Rusiyanın NTV telekanalına ölkənin Əmək və Sosial Müdafiə naziri Maksim Topilin bildirib.
Onun sözlərinə görə, yoxsulluq həddindən aşağıda olanların 60-70 faizi uşaqlı ailələrdir.
Nazrirn proqnozuna əsasən, bu il inflyasiya nəzərə alınmaqla maaşlar orta hesabla 3-4% azalacaq, işsizlik səviyəsi isə 6,2-6,3% təşkil edəcək.
Bu ilin yanvar ayında, Rusiyada rəsmi statistikaya əsasən, işsizlik 5,8%, orta maaş isə 32,1 min rubl (429 dollar) təşkil edib.
Keçən il Rusiyada real maaşlar rublun devalvasiyası və yüksək inflyasiya fonunda azalmağa başlayıb.
Ekspertlərin çoxu keçən il rusiyalıların xərclərini ciddi sürətdə azaltmağa başladıqlarını qeyd edərək iqtisadi böhrandan ilk növbədə büdcə və xidmət sahələri işçilərinin zərər çəkdiyini qeyd edirlər.