Moody`s`-dan banklara “neft” xəbərdarlığı

moodysBeynəlxalq kredit reytinqi agentliyi Moody`s` neft ixrac edən ölkələrdəki bankların qısa müddətli dövrdə kredit risklərinə ən açıq banklar olduğunu bildirib.

Moody’s, neft qiymətlərində dərinləşən geriləmənin qlobal olaraq banklar üzərində təzyiqi artırdığını, xüsusilə də, neft ixracatçısı ölkələrdəki bankların qısa müddətdə kredit risklərinə ən açıq banklar olduğunu bildirib.

“Marja” xəbər verir ki, düşən neft qiymətlərinin banklar üçün ortaya çıxardığı kredit risklərinə dair yeni hesabat dərc edən Moody’s, orta müddətdə qiymətlərdə toparlanmının çox yavaş şəkildə gerçəkləşməsi istiqamətində bir risk olduğunu qeyd edib. Eyni zamanda, qiymətlərin daha da aşağı düşməsi riski olduğunu vurğulayıb.

Moody’s neft ixrac edən ölkələrdə banklar üçün kredit risklərinin, aşağı neft qiymətlərinin aktivlərin keyfiyyəti üçün pisləşmə potensialını artırmasına birbaşa və ya dolayı məruz qalma mövqelərinə görə artacağını vurğulayıb.

Moody’s-un meneceri Federiko Drevon etdiyi şərhdə, “Neft qiymətlərinin uzun müddət aşağı qalacağına inanırıq və neft ixrac edən ölkələrdə bankların risklərin artdığını görmələrini gözləyirik”, ifadələrini istifadə edib