Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Bu gün daha iki oyun keçirilib. Ukraynada Kiyevin “Dinamo” klubu “Mançester Siti”ni qəbul edirdi. Oyun qonaqların 3-1 hesablı qələbəsi ilə yekunlaşdı.
“Dinamo” (Kiyev, Ukrayna) – “Mançester Siti” (İngiltərə) – 1-3
Qol: Serxio Aquero, 15 (0:1), David Silva, 40 (0:2), Buryalsky, 59 (1:2), Yaya Ture, 90 (1:3)
Madridin “Atletiko” klubu isə Hollandiyada PSV Eyndhovinin qonağı oldu. Bu oyunda hesab açılmadı.