Fevralın 17-də Cəlilabad Rayon İcra Hakimiyyətinin binası qarşısında yaranmış insidentə görə inzibati həbs olunmuş Füzuli Əliyev və Rüstəm əliyev Barəsində 3 aylıq həbs qətimkan tədbiri secilib. Onların barəsində Cəlilabad məhkəməsinin qərarı fevralın 25-də elan olunub və dərhal 1saylı Bakı İstintaq təcridxanasına göndəriliblər. Azadlıq.info-ya bu barədə Füzuli Əliyevin yetkinlik yaşına çatmayan oğlu Allahverdi Əliyev məlumat verib. O, bildirib ki, onlar məlumat verilmişdi ki, 7 sutkalıq həbs bitən kimi onları buraxacaqlar. Amma həmin müddət fevralın 24-də bitsə də onları azad etmədilər. Bir gün sonra məhkəmə qarşısına çıxararaq barələrində Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə cinayət işinin açıldığını bildirib, barələrində həbs qətimkan tədbiri seçilib. Rüstəm əliyevin digər qardaşı həmin hadisə zamanı özünə xəsarət yetirdiyindən hələ də xəstəxanadadır. Amma onun digər bir qardaşı Ruslan Əliyev barəsində axtarış elan olunub.
Rayon icra hakimiyyətindən məsələ ilə bağlı mətbuata açıqlamada bildirilmişdi ki, insidenti törədən şəxslərin psixoloji vəziyyətlə bağlı problemi var və özünə xəsarət yetirən şəxs daha əvvəl ruhi-əsəb dispanserində müalicə olunub.
Necə olur psixoloji olan adamlar barədə həbs qətimkan tədbiri seçilir?
Füzuli Əliyev həm də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür. Partiyanın Cəlilabad şöbəsinin məclis üzvüdür. Əvvəlçə bu barədə məlumat verilməməsini onun yaxınları özləri istəməmişdi. onlar elə zənn edirdi ki, bunu elan etmək onların durumunu ağırlaşdıra bilər. Qeyd edək ki, Füzuli Əliyevin qardaşı, Rüstəmin atası Elbəyi Əliyev də AXCP fəalı olub. Bir necə il əvvəl haqsızlıqlara tab gətirməyərək infarkt keçirərək dünyasını dəyişib.

Cəlilabadda Əliyevlər ailəsi represiya olunur
•