Bakıda şirkətdən 5 min manat pul oğurlanıb

ogurluqBakıda qadına məxsus şirkətdə oğurluq hadisəsi baş verib.

Hadisə Özbəkistan vətəndaşı Zeynəb Bağırovaya məxsus Vaqif küçəsi, 5 ünvanında yerləşən “Geeta Pharma” MMC-dən edilib.

Belə ki, ofisin arxa qapısını sındıran oğru (və ya oğrular) oradan 5 min manat pul, 1 ədəd kreslo, 4 ədəd stul və noutbuk aparıblar.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsində (PB) araşdırma aparılır. (“Report”)