ABŞ rəhbərliyi ölkənin iri banklarını Rusiyanın dövlət istiqrazlarını yerləşdirməkdən imtina etməyə çağırıb. Bu barədə The Wall Street Journal nəşri məlumat yayıb. Vaşınqton hesab edir ki, istiqrazların yerləşdirilməsi Moskvaya qarşı sanksiyalara ziddir.
Məlumata görə, Rusiya 25 xarici banka 2016-cı ildə istiqrazların mümkün yerləşdirilməsinin təşkili ilə bağlı müraciət edib. Müraciətlər Barclays, BNP Paribas, Bank of America Merrill Lynch, Bank of China, Wells Fargo, Goldman Sachs, J.P. Morgan, Deutsche Bank, Industrial and Commercial Bank of China, Crédit Agricole, Credit Suisse, Landesbank Baden-Wuerttemberg, Morgan Stanley, Mizuho Financial, Nomura, Citigroup, Societe Generale, Scotiabank, TD Securities, China Construction Bank, Agricultural Bank of China, HSBC, RBC Capital Markets, UBS, UniCredit, həmçinin Rusiyanın «VTB Kapital», Qazprombank və Sberbank CIB-ə edilib.
azadlıq.info