Üzüm tənəkləri də Rusiyaya buraxılmadı

Tenek“Ufa” Beynəlxalq hava limanında Rusiyaya qanunsuz gətirilmiş üzüm pöhrələri məhv edilib.

Oxu.az bildirir ki, bu barədə respublika üzrə “Rosselxoznadzor” İdarəsinin mətbuat mərkəzi məlumat yayıb.

Müəyyən edilib ki, cari il fevralın 17-də Azərbaycandan gələn sərnişinin əl baqajı yoxlanılan zaman 12 üzüm pöhrəsi aşkar edilib.

Qadağan edilmiş məhsulların ölkəyə gətirilməsinə dair qaydaların pozulması səbəbindən sərnişin inzibati məsuliyyətə cəlb edilib.