ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi: bizdə və dünyada

iqtisadi-felaketDövlət Statistika Komitəsinin yanvar hesabatına görə, Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 265 ABŞ dollarına yaxın olub. Ötən ilin yekununda isə bu göstərici 3680 dollara yaxın idi.

İkinci devalvasiyadan öncə Azərbaycan Beynəlxalq Valyuta Fondunun hesabatında 185 ölkə arasında 83-cü yerdə gəlirdi və ölkədə ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 6 min 576 dollar göstərilirdi.

Bəs dünya ölkələrində bu göstərici necədir? Transparency.az bildirir ki, Beynəlxalq Valyuta Fondunun 2015-ci il hesabatına əsasən, Lüksemburq ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcminə görə 50 öncül arasında birinci yerdə durur. Bu ölkədə ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 96 min 269 dollardır.

İkinci yerdə İsveçrə gəlir. İsveçrədə ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 84 min 70 dollar həcmində qərarlaşır.

Üçüncü sırada 81 min 603 dollarla Qətər dayanır.

İlk onluqdakı digər ölkələrdə ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi belədir:

Norveç – 80 min 749 dollar

ABŞ – 56 min 421 dollar

İslandiya – 54 min 331 dollar

Sinqapur – 53 min 604 dollar

Danimarka – 52 min 822 dollar

Avstraliya – 52 min 454 dollar

İsveç – 49 min 582 dollar.

50 öncül ölkə arasında keçmiş SSRİ məkanından Estoniya və Litva da var. Estoniyada ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 17 min 562 dollardır və ölkə 41-ci sırada qərar tutur. Litva 14 min 560 dollarla 49-cudur.

Azərbaycanın qonşularına gəlincə, Rusiya Beynəlxalq Valyuta Fondunun siyahısında 185 ölkə arasında 74-cüdür. Bu ölkədə ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 8 min 184 dollardır.

Türkiyə siyahıda 67-cidir (9 min 680 dollar). İran 95-ci yerdə gəlir (4 min 983 dollar). Gürcüstan 120-ci (3 min 87 dollar), Ermənistan 127-ci (2 min 819 dollar) sıradadır.